-
- 11-05-2024, 13:47
- 280
Keçmiş deputat sərbəst buraxıldı
Ermənistanın sorğusu əsasında Rusiyada saxlanılan keçmiş deputat Tiqran Urixanyan sərbəst buraxılıb.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak“ məlumat yayıb. Bildirilib ki, bu addımın səbəbi hələlik bəlli deyil.
Ermənistanda onun barəsində vəzifəli şəxs tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ittihamı ilə cinayət işi qaldırılıb.