Kəramət Böyükçöl sərbəst buraxıldı
    • 19-08-2020, 17:25
    • 1 000

Kəramət Böyükçöl sərbəst buraxıldı

Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

News24.az xəbər verir ki, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən sərbəst buraxılıb.

Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğundan qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.