"Eurovision 2024" finalı nə vaxt başlayacaq?
    • 11-05-2024, 15:36
    • 282

"Eurovision 2024" finalı nə vaxt başlayacaq?

Eurovision 2024 mahnı müsabiqəsinin həyəcanlı gözləntisi davam edir. 68-ci Eurovision Mahnı Müsabiqəsinin bu il yarımfinal mərhələsinə yekun vurulub. Bəs Eurovision 2024 finalı nə vaxt başlayacaq? 

News24.az xəbər verir ki, Eurovision finalı 11 may 2024-cü il şənbə günü saat 23.00-da başlayacaq. Qalib ölkə müsabiqənin final mərhələsindən sonra elan olunacaq.

Eurovision 2024 "Eurovision Mahnı Müsabiqəsi"nin rəsmi YouTube hesabında canlı izləyə bilərsiniz.

Qeyd edək ki, mayın 7-də keçirilən ilk yarımfinal gecəsində Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq finala vəsiqəni alıb.

Mayın 9-da keçirilən ikinci yarımfinal axşamında isə İsrail, Latviya, Avstriya, Hollandiya, Norveç, Estoniya, Ermənistan, İsveçrə, Gürcüstan və Yunanıstan finalda iştirak etmək hüququ qazanıblar.

5 ÖLKƏ BİRBAŞA İŞTİRAK EDƏCƏK

Müsabiqənin beş ölkəsi - Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya hər il olduğu kimi müsabiqənin finalında birbaşa iştirak edir.

Günel Məlikzadə