-
- 8-05-2024, 01:30
- 365
"Avroviziya": Təmsilçilərimiz finala çıxa bilmədi
İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi start götürüb.
News24.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alıb.
Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır.
Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edib. Onlar səhnəyə 12-ci çıxıbar. Təmsilçilərimiz "Avroviziya" mahnı müsabiqəsində finala vəsiqə qazana bilməyib.
Səsvermə nəticəsində Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksembur finala adlaya bilib.
Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır. İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka,Ermənistan, İsrail,Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.