Atəşkəs danışıqları bitməyib - Son durum
    • 11-05-2024, 19:44
    • 206

Atəşkəs danışıqları bitməyib - Son durum


İsrail və HƏMAS arasında potensial atəşkəs və əsirlərin mübadiləsi üçün aparılan danışıqlar tam nəticə verməyib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrailin Ynetnews agentiliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İsrail Rəfahda hərbi əməliyyatları davam etdirsə də, HƏMAS-dan müsbət cavab aldığı halda atəşkəslə bağlı danışıqlar nəticə verə bilər.

Qeyd edək ki, cümə axşamı HƏMAS və İsrail nümayəndələri atəşkəslə bağlı müzakirələr keçirsə də Qahirəni nəticə almadan tərk ediblər.