Deputatın maşını cəbhə zonasında partladı - Özü də içində imiş...
    • 13-05-2024, 10:31
    • 201

Deputatın maşını cəbhə zonasında partladı - Özü də içində imiş...

Rusiyada “Vahid Rusiya” Partiyasından olan olan Həştərxan Vilayət Dumasının deputatı Denis Xaritonovun avtomobili Ukraynadakı müharibə zonasında partlayıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, deputat özü maşında olsa da, xəsarət almayıb.

İlkin məlumata görə, avtomobilin partlaması mayın 12-də baş verib. Xaritonovun sözlərinə görə, partlayış zamanı o, əşyalarını aparmaq üçün avtomobilini yaralı yoldaşının qohumlarının yanına aparırmış.

Detallar araşdırılır.