-
- 30-08-2023, 11:19
- 250
"Vahid Rusiya"nın qərargahı partladıldı - VİDEO
Xerson vilayətinin işğal olunmuş Nova Kaxovka ərazisində yerləşən “Vahid Rusiya”nın seçkiqabağı regional qərargahı partladılıb.
News24.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Mariupol merinin müşaviri Petr Andryuşenko deyib.
Qeyd edək ki, "Vahid Rusiya"nın qərargahının zədələnməsi ilk dəfə deyil. Belə ki, ötən il sentyabrın əvvəlində Zaporojye vilayətinin müvəqqəti işğal altında olan Melitopol şəhərində “Vahid Rusiya” qərargahına oxşar partlayış baş verib.
Bundan əlavə, 2023-cü ilin mayında müvəqqəti işğal olunmuş Luqanskda baş vermiş güclü partlayış nəticəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü Viktor Vodolatski yaralanıb.
Aynurə