-
- 13-05-2024, 12:55
- 180
ATƏT-in sədri Bakıya GƏLİR
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.
News24.az xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
O, səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
"Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", - açıqlamada deyilir.
Qeyd edək ki, Yan Borq hazırda Ermənistanda səfərdədir.