-
- 13-05-2024, 23:00
- 476
Microsoft-dan Fransaya 4 milyard avro
ABŞ-ın “Microsoft” texnologiya şirkəti Fransaya əsasən süni intellekt sahəsinə 4 milyard avro sərmayə qoymağı planlaşdırdığı bildirilir.
News24.az xəbər verir ki, Microsoft prezidenti Brad Smith etdiyi şərhdə şirkətin Fransadakı varlığını genişləndirmək üçün planlaşdırdığı 4 milyard avroluq sərmayənin böyük hissəsinin süni intellekt sahəsinə ediləcəyini və ölkədə məlumat mərkəzinin də qurulacağını bildirib.
ABŞ-da yerləşən Amazon da Fransaya 1,2 milyard avro sərmayə qoyacağını və ölkədə 3 mindən çox iş yeri açacağını açıqlayıb. Amazon 2010-cu ildən bəri Fransaya 20 milyard avrodan çox sərmayə qoyub.
Günel Məlikzadə