-
- 14-05-2024, 09:16
- 447
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər.
News24.az medicina.az-a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbini açıqlayıb:
"40 yaşdan sonra orqanizmdə aktiv hormonal dəyişikliklər gedir, progesteron və estrogenlər azalır. Bu da həm fizioloji, həm psixoloji dəyişikliklər yaradır, təzyiqi artırır.
Təzyiq vaxtaşırı birdən yüksələ də bilər, artıq 130-dan yuxarı rəqəmlər görünər və ya daimi 140/90-da qala bilər.
Hormonal qasırğadan əlavə, damarların vəziyyəti də pozulur.
Artıq çəki, depressiya, şəkər, ateroskleroz bu yaşdan başlayır.
Əgər vaxtaşırı artıq təzyiq sizi narahat etməyə başladısa, bu müayinələrdən keçin:
- Kardioloq, endokrinoloq qəbulu
- Ümumi qan analizi
- Dəmir, ferritin
- Sidik analizi
- Qanda şəkər
- Xolesterin, lipid
- Damarların dopleri
- USM
- TSH, T3 T4 analizləri