Talıb Talenin nişanlısı kimdir? - Özü danışdı
    • 14-05-2024, 14:43
    • 474

Talıb Talenin nişanlısı kimdir? - Özü danışdı

Evlənməyə hazırlaşan müğənni Talıb Tale ilk dəfə şəxsi həyatından danışıb.

News24.az xəbər verir ki, Talıb Tale Teleqraf.com-a açıqlamasında ilk dəfə nişanlısı haqqında məlumat verib: “Toy mərasimi mayın 25-də məkanların birində baş tutacaq. Məclisə çox az sənət adamları dəvət edilib. Əsas qohumlarımız iştirak edəcəklər. Nişanlım Bahar xanım uzaq qohumdur. Bu haqda çox danışmaq və gündəmə gəlmək istəmirəm. Hər şey yaxşıdır. Xoşbəxtəm!”.

İfaçı onu da deyib ki, şəxsi həyatını mediadan uzaq tutur: “Əslində, mən çoxdan nişanlıyam, bunu sirr saxlayırdıq. Amma konsertə Bahar xanımla birlikdə gedəndə media tərəfindən şəkillərimiz yayıldı. Onu da deyim ki, şəxsi həyatımı gizli saxlamıram. Evlənirəm və nişanlımı da gördünüz”.