-
- 29-06-2021, 11:42
- 1 260
Zeynəb Həsəni ilə Talıb Talenin arasında sevgi olub? - VİDEO
"Niyə hər zaman duet oxuyanlar haqda sevgi, eşq dedi-qoduları çıxır? Eyni söz-söhbət mənimlə Talıb Tale haqda da çıxıb, amma elə şey yoxdur, biz sadəcə dostuq".
News24.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni "Onun sirri" verilişində deyib.
O, bildirib ki, yayılan dedi-qodular yalnız şayiədən ibarətdir: "Biz Talıbla 2007-ci ildən dostuq. 2015-ci ildə ilk duetimiz olub və bununla az da olsa, əhali məni tanıdı və qəbul elədi. Daha sonra illər keçdi və mən Vasif Əzimovla çalışmağa başladım. Məclislərə, toylara birlikdə gedirdik. Mən ondan çox qazanc əldə etmişəm. Amma dedi-qodudan o qədər çox qorxurduq ki, məclislərdə yan-yana durub oxumurduq, amma yenə də söhbətlər çıxdı. İndi də eyni dedi-qodu Talıb üçün deyilir. Mən istəmirəm Vasifdə yaşadığımı, Talıbda da yaşayım. Sonra da məcbur olub duetimizi sonlandıraq".