Hakan Fidan: “İsrail işğalçı gücdür”
    • 14-05-2024, 22:50
    • 171

Hakan Fidan: “İsrail işğalçı gücdür”

Türkiyə Xarici işlər naziri Hakan Fidan avstriyalı həmkarı Aleksandr Şallenberqlə birgə mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, mətbuat konfransında nazir Fidan keçmişdə törədilən soyqırımın nə qədər yanlış olduğunu, bu gün törədilənlərin də bir o qədər yanlış olduğunu bildirib və əlavə edib: “Dünən nə qədər səhv idisə, bu gün də elədir”.

Nazir Fidan, İsrailin Qəzzada davam edən hücumları ilə bağlı, "Məsum yəhudilərin əsir düşərgələrində öldürülməsi səhv olduğu kimi, bu gün də günahsız fələstinli uşaqların yataqlarında bombalarla öldürülməsi də bir o qədər yanlışdır" deyib.

Nazir Fidan “İsrail işğalçı bir gücdür” deyərək, İsrail qüvvələrinin məskunlaşma adı altında fələstinlilərin torpaqlarını ələ keçirdiyini vurğulayıb.

Günel Məlikzadə