Nazirlər görüşdü
    • 29-04-2024, 16:53
    • 381

Nazirlər görüşdü

Türkiyə Xarici işlər naziri Hakan Fidan Ər-Riyadda amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.

News24.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təmaslarını davam etdirir.

Nazir Fidan Qəzza üzrə Təmas Qrupu ölkələri toplantısı çərçivəsində amerikalı həmkarı Antoni Blinken ilə görüşüb.

Görüşdə İsrailin Qəzzaya hücumları, bölgəyə təcili humanitar yardımın çatdırılması, atəşkəs və əsir mübadiləsi məsələləri müzakirə edilib.

Fidan Malayziyanın baş naziri Ənvər İbrahimlə də görüşüb.

Günel Məlikzadə