-
- 14-05-2024, 23:20
- 193
İranlı saxta həkim qalmaqalı
Antalyada İlçe Sağlamlıq Müdirliyi qrupları sosial media hesabında özünü həkim kimi təqdim edən adı açıqlanmayan İran əsilli şəxsin ünvanını aşkarlayıb.
News24.az xəbər verir ki, iş yerində yoxlama aparılıb.
Axtarışlar zamanı iş yerinin sənədsiz olduğu müəyyən edilib. Bir sıra istifadə edilmiş, açılmış və ya istifadə edilməmiş botoks, zərdab, losyon və s. kimi məhsullar aşkarlanıb
Sözügedən şəxs və bizneslə bağlı məhkəmə, inzibati icraat başlanılıb.
Günel Məlikzadə