Qırmızı bülletenlə axtarılan Rus tutuldu
    • 10-05-2024, 17:41
    • 162

Qırmızı bülletenlə axtarılan Rus tutuldu

Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) xətti ilə qırmızı bülletenlə axtarışa verilən Rusiya əsilli şübhəli Antalyada yaxalanıb.

News24.az xəbər verir ki, Antalya Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə Şöbəsi qrupları axtarılan şəxslərin tutulması üçün iş başladıb.

Həyata keçirilən əməliyyat zamanı hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarışda olan İ.M. tutulub.

Qeyd edək ki, şübhəli şəxsin üzərində aparılan axtarış zamanı Rusiya adına verilmiş saxta sürücülük vəsiqəsi götürülüb.

Günel Məlikzadə