Hadise konsert qiymətini artırdı
    • 15-05-2024, 11:30
    • 230

Hadise konsert qiymətini artırdı

Türkiyənin məşhur müğənnisi Hadise konsert qiymətini artırıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 000 manat) qazanır.

Qeyd edək ki, yeni 3 fərqli reklama çəkilən Hadise onların hər birindən də 10 milyon lirə də qazanıb.