-
- 6-07-2018, 12:15
- 1 862
Ərdoğanın mülklərinin rəsmi SİYAHISI -2 milyon borcu varmış
Dövlət başçılarının, müxtəlif yüksək vəzifəli məmurların varidatı haqqında məlumat həmişə sadə xalqda maraq oyadır.
Bu şəffaflığı təmin etmək üçün Türkiyənin “Resmi Gazete" nəşri dövlət başçısının mal varlığı haqqında ətraflı məlumat verib.
News24.az xəbər verir ki, siyahıya əsasən Türkiyə prezidentinin adı çəkilməyən 3 ayrı bankda, 3 milyon lirə (2,3 milyon AZN) nağd pulu var.
Həmçinin dövlət başçısının ana yurdu olan Rizədə yerləşən 2000 kv. metrlik torpağı 10 milyon lirə dəyərindədir. Onun Üsküdarda 4 milyon lirə dəyərindəki malikanəyə də sahib olduğu qeyd edilib. Qəzet prezidentin Mehmet Gur adlı iş adamı ilə işgüzar əlaqələrdə olduğu və bunun nəticəsində ona 2 milyon lirə borclu olduğunu da yazıb.
Rəcəb Tayyib ərdoğan prezident üçün ayrılmış avtomobillərdən istifadə etsə də özünə məxsus “Audi A8” markalı avtomobili var ki, onun da qiyməti 234 min lirədir.
İlhamə Rəsulova