Zelenski İspaniya və Portuqaliyaya səfərlərini ləğv etdi
    • 15-05-2024, 12:38
    • 184

Zelenski İspaniya və Portuqaliyaya səfərlərini ləğv etdi

İspaniya Kral Sarayı Zelenski ilə Kral VI Felipe arasında cümə günü, mayın 17-də keçiriləcəyi elan edilən görüşün ləğv edildiyini açıqlayıb.

News24.az xəbər verir ki,, Zelenskinin Madriddə İspaniya kralı VI Felipe və baş nazir Pedro Sançes ilə görüşləri, təhlükəsizlik, mmüdafiə sahələrində ikitərəfli əməkdaşlıq sazişi imzalaması gözlənilib.

Qeyd edək ki, Ukrayna prezidentinin İspaniyadan sonra Portuqaliyaya getməsi nəzərdə tutulub.

Diplomatik mənbələr Rusiyanın Xarkova hücumlarının artması səbəbindən Zelenskinin bu iki ölkəyə səfərini təxirə salmalı olduğunu bildirib.

Günel Məlikzadə