-
- 25-04-2024, 23:10
- 414
5 ölkə eyni vaxtda Fələstin dövlətini tanıyacaq
İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində həyata keçirilməsinin planlaşdırıldığını bildirib. İspaniyanın 4 ölkə ilə birgə hərəkət edəcəyi gözlənilir.
News24.az xəbər verir ki, İspaniyanın Malta, İrlandiya, Sloveniya və Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.
"Yamaykadan sonra dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 140-dır. İspaniya və digər ölkələrin də iştirakı ilə bunun 145-ə yüksələcəyini düşünürük". Mənbələr bildiriblər ki, bu qərardan sonra gözləntiləri tərəflərə daimi atəşkəs elan etmək üçün təzyiqləri artırmaq olub.
Günel Məlikzadə