Nazirlər geniş tərkibdə görüş keçirdi
    • 15-05-2024, 13:28
    • 222

Nazirlər geniş tərkibdə görüş keçirdi

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

News24.az XİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.