-
- 15-05-2024, 14:42
- 334
İsa Qəmbər qətlə yetirilən müsavatçı haqda DANIŞDI
Müsavat Partiyasının başqanı İsa Qəmbər qətlə yetirilən müsavatçı, Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəylə (Mehdiyev) bağlı açıqlama verib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, İsa Qəmbərin sözlərinə görə, Natiq Ulubəy Anadolu Univeristetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından olub. Müsavat Partiyasının təşkilatlanması və ideologiyasının yayılmasında böyük xidmətlər göstərib.
“Müsavat Partiyası olaraq Natiq Ulubəyin qətlindən qəzəbləndiyimizi, hüquq-mühafizə orqanlarından qatilin (qatillərin) ən qısa müddətdə müəyyənləşdirilib qanun qarşısında cavab verməsinin təmin edilməsini gözlədiyimizi bəyan edirik”, - İ.Qəmbər vurğulayıb.
Qeyd edək ki, Müsavat fəalı Natiq Ulubəyin öldürüldüyü ötən gün məlum olub. O, Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.
1964-cü il təvəllüdlü Natiq Ulubəyin qətlinə görə iş yoldaşı, 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov saxlanılıb. Elsevər İslamov 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) işləyirmiş. O, ixtisasca idman müəllimidir.
Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.