-
- 14-05-2024, 16:00
- 781
DƏHŞƏT! Müsavat partiyasının fəalı qətlə yetirildi
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirilməsi məlum olub.
News24.az bildirir ki, Daxili İşlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Polis tərəfindən müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilib.
Elsəvər İslamov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.