ACI XƏBƏR! Emil Hümbətov öldü
    • 15-05-2024, 15:01
    • 2 669

ACI XƏBƏR! Emil Hümbətov öldü

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır.

News24.az "Report"a istinadla bildirir ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və Hümbətova Filiz Emin qızı dəm qazından zəhərlənib.

Məlumata əsasən, zəhərlənmə nəticəsində Emil Hümbətov ölüb, F.Hümbətova isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır