Terror əməliyyatı: 21 nəfər saxlanıldı
    • 15-05-2024, 23:10
    • 250

Terror əməliyyatı: 21 nəfər saxlanıldı

İstanbulda terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat keçirilib.

News24.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı PKK/KCK tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 25 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Bunun üzərinə hərəkətə keçən təhlükəsizlik qüvvələri 25 ünvanda keçirdikləri əməliyyatda 21 şübhəlini yaxalayıb.

Komandanın 4 şübhəlinin axtarışı davam edir.

Günel Məlikzadə