SON DƏQİQƏ ‼️ Bakıda "Ağ çiçəyim” gül mağazası yanır
    • 15-05-2024, 23:53
    • 244

SON DƏQİQƏ ‼️ Bakıda "Ağ çiçəyim” gül mağazası yanır


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.


***

Nəsimi rayonunda yanğın olub.

News24.az xəbər verir ki, hadisə Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürlülməsi istiqamətində işlər həyata keçirilir.


***


Saat 23:42

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.