Kralın portreti mübahisələrə səbəb oldu - FOTO
    • 16-05-2024, 22:50
    • 330

Kralın portreti mübahisələrə səbəb oldu - FOTO

İngiltərə kralı Çarlzın taxta çıxmasından sonra ilk rəsmi portreti ictimaiyyətə təqdim edilib. Rəssam Conatan Yeonun imzası olan portret görənləri təəccübləndirib. Adi kral rəsmlərinə bənzəməyən portreti bəziləri bəyənib, bəziləri isə tənqid edib.


News24.az xəbər verir ki, Kral ailəsinin rəsmi Instagram hesabında şərhlər daha sərtdir. "O, mənə xəbər verib ki, səltənət alovlanacaq və ya padşah cəhənnəmdə yanacaq". Başqa bir mesajda isə “Deyəsən, qan gölünə çevrilir” şərhi yazılır. Bunun bizə “müstəmləkə qırğınlarını” xatırlatdığını və ya onu şeytanla müqayisə etdiyini söyləyənlər də var.

Qeyd edək ki, Jonathan Yeo daha əvvəl Kral və ya kral ailəsini çəkmiş bir rəssamdır. Rəsm üçün sifariş 2020-ci ildə yun tacirlərini bir araya gətirən ticarət palatasının üzvü kimi o vaxt hələ Şahzadə olan Çarlzın 50 illik yubileyi üçün verilib.

Çarlz ilk dəfə Yeo üçün 2021-ci ilin iyununda, kral olmasından bir ildən çox əvvəl poza verib. Yeo bildirib ki, son pozasını 2023-cü ildə verən Kral Çarlz da tablonu ilk görəndə qırmızı rəngin üstünlüyünə təəccüblənib. O bildirib ki, məqsədi Çarlzın daha müasir kral olmaq istəyini əks etdirən daha müasir kral portretini çəkməkdir. O, çiynindəki kəpənəyin onun şahzadədən krala çevrilməsini və Çarlzın şərqə olan sevgisini simvolizə etdiyini deyib.

Günel Məlikzadə