Hər gün minlərlə insan bu səbəbdən ölür - ŞOK
    • 16-05-2024, 18:46
    • 228

Hər gün minlərlə insan bu səbəbdən ölür - ŞOK

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir

Bildirilir ki, Avropada insanların əksəriyyəti duzdan çox istifadə edir.

"Ürək-damar xəstəlikləri Avropa regionunda əlilliyin və vaxtından əvvəl ölümün əsas səbəbidir - hər il bütün ölümlərin 42,5%-dən çoxunu təşkil edir", - deyə sənəddə vurğulanıb.

Məlumata görə, kişilər arasında bu növ xəstəlikdən ölüm ehtimalı qadınlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir.

"2030-cu ilə qədər duz istehlakını 25% azaltmaq üçün məqsədyönlü siyasətin həyata keçirilməsi təxminən 900 min insanın həyatını xilas edə bilər", - deyə ÜST-nin hesabatında qeyd edilib.