"Keçmiş məcburi köçkünləri müvafiq işlə təmin etmək lazımdır" - İlham Əliyev
    • 16-05-2024, 20:56
    • 190

"Keçmiş məcburi köçkünləri müvafiq işlə təmin etmək lazımdır" - İlham Əliyev


Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var.

News24.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında səsləndirib.

“Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.