Bu il talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi təyin edilib
    • 8-05-2019, 10:40
    • 972

Bu il talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi təyin edilib

Bu ilin ilk 4 ayı ərzində 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib. Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu gün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir: “Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir. Ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur”.