Xoşbəxt və sağlam beyin üçün bunları edin - DİQQƏT
    • 17-05-2024, 14:18
    • 368

Xoşbəxt və sağlam beyin üçün bunları edin - DİQQƏT

Psixi sağlamlığımız zehnimizlə əlaqəli hər şeyi əhatə edir və düşüncəmizə, hisslərimizə, hərəkətlərimizə və reaksiyalarımıza təsir göstərir. Bu səbəbdən sağlam zehniniz yoxdursa, psixoloji olaraq düzgün qərarlar vermək mümkün deyil.

News24.az psixi sağlamlıq üçün lazım olan əsas nüansları təqdim edir:

XOŞBƏXTLİK

Xoşbəxtlik psixi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Gündəlik həyatınızın sizə gətirə biləcəyi eniş-yoxuşlara baxmayaraq, özünüz və həyatınız haqqında ümumi xoşbəxtlik hissinə sahib olmaq, müsbət əhval-ruhiyyənizi vurğulayacaqdır.

Aktiv İdeyalar

Xoşbəxt olmaq üçün aktivlik vacibdir. Dözümlü olmaq, həddindən artıq depressiya, narahatlıq və ya hədəflərinizə və münasibətlərinizə diqqəti itirmədən mövcud şəraitə uyğunlaşmaq deməkdir.

Stressin İdarə Edilməsi

Pis vaxtlardan keçmək üçün güc tapmaq psixi sağlamlıqla düz mütənasibdir. Bu səbəbdən stressi bilmək və idarə edə bilmək həyat keyfiyyətinizi artıracaq.

YAXŞI MÜNASİBƏTLƏR

Münasibətlərinizi dəyərləndirməyə və yaxınlarınıza vaxt ayırmağa diqqətli olun. Beləliklə, pozitiv insanlarla birlikdə olacaqsınız və özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

EMPATİYA

Başqalarının duyğularını yaşamaq və mehribanlıqla, şəfqətlə və kömək etmək istəyi ilə cavab vermək qabiliyyəti unikal insana xasdır. Əgər bu keyfiyyətə sahib deyilsinizsə, bu, sağlam ağıl sahəsində nəyisə əskik etdiyinizin göstəricisi ola bilər.

Mehriban Mirzəzadə