-
- 15-10-2019, 12:21
- 931
"Hər il 67 min yeniyetmə özünü öldürür" - EDVARD KARVARDİN
"Dünyada hər il 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir".
News24.az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Son dövrlərdə dünyada psixi sağlamlıq məsələləri və cəmiyyətə təsiri barədə çox müzakirələr aparılır, fikrimcə, bu sahədə görəcəyiniz tədbirlər barədə düşünməliyik. Psixi çətinliklər üzləşən uşaqların və gənclərlə poroblemləri və onlarla bağlı müvafiq həllərin görülməsi bizim üçün vacibdir.
Dünyada hər il 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Yeniyetmələrin hər onuncusunun özünə xəsarət yetirmə cəhdi olub. Ümumiyyətlə, daha yuxarı qız və oğlanlar intiharlar ölümə səbəb olan əsas amillər arasındadır. Gənclərin müxtəlif xəstəliklərinə səbəb olan amillər arasında davranış problemləri, özü-özünə xəsarət yetirmə, depressiv amillər yer tutur.
Azərbaycanda düşünürəm ki, bu sahədə 4 istiqamətdə iş aparılmalıdır. İlk növbədə özü özünə xəsarət yetirmə halların öyrənilməsi, profilaktikası üçün aparılan işlər daha da gücləndirilmədir.
Psixi sağlamlıqla bağlı tədbirlər daha da təkmilləşdirilməlidir. Gənclərin və uşaqların üzləşə biləcəyi risqlərin aradan qaldırılması üçün işlər görülməlidir. 4 istiqamətdən ilki olaraq psixi sağlamlıqıa bağlı problemlərin səbəbləri, onu təhrik edən amillər araşdırılmalıdır. Bunun üçün də gənclər, yeniyetmələr arasında təhlillər aparılmalıdır. Xüsusilə, sosial media platformaları ətraflı tədqiq edilməlidir. Çünki bir çox hallarda yeniyetmələr real həyatda deyə bilmədiklərini sosial mediada yazırlar. İkincisi, bu tədqiqatlar əsasında psixi sağlamlıqla bağlı protokollar hazırlana və təkmilləşdirilə bilər. Üçünvüsü məktəblərdə psixi sağlamlığa dəstək proqramları həyata keçirilə bilər. Dördüncü isə nazirliklər arasında işçi qrupu yaradılsın və bu qrup çərçivəsində psixi sağlamlıqla bağlı müxtəlif çətinliklər, onun səbələri araşdırılsın və çoxsaylı sektorları əhatə edən tədbirlər həyata keçirilsin.
Afaq Mirayiq