-
- 17-05-2024, 14:44
- 295
Putin: Xarkov hücumunda Kiyev günahkardır
Çinə səfərinin ikinci günündə açıqlama verən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsini dəyərləndirib.
News24.az xəbər verir ki, bu baradə "TASS" xəbər agentliyi məlumat yayıb.
Harbin Texnologiya İnstitutunda çıxış edən Putin Çinin “Ukrayna böhranı”nın həllini səmimiyyətlə istədiyini bildirib. “Rusiya İstanbul razılaşmaları və 2022-ci ildə Kiyevdən qoşunların çıxarılması ilə bir daha aldanıb” deyib.
"Biz heç vaxt Ukrayna haqqında danışmaqdan imtina etməmişik. Biz İsveçrə konfransını izləyəcəyik", - Rusiya lideri əlavə edib. Bununla belə, o, bu konfransın Rusiyaya ultimatum vermək üçün qurulduğuna inandığını bildirib.
Putin əlavə edib ki, Rusiya qüvvələri plan üzrə Xarkov vilayəti yaxınlığında irəliləyir. Xarkov hücumunda Kiyev günahkardır.
"Hələlik Xarkovu ələ keçirmək planı yoxdur" deyən Putin, "Xüsusi hərbi əməliyyat zonasında bufer zonası yaradırıq" əlavə edib.
O, həmçinin Çin prezidenti Si Cinpinlə "Makronun Olimpiya atəşkəs ideyasını" müzakirə etdiklərini və "Rusiya Ukrayna ilə bağlı kimə etibar edə biləcəyini anlamağa çalışır. Danışıqları rədd edən Rusiya deyil, Ukrayna olub. İstanbul razılaşmaları Ukrayna danışıqlarının əsasını təşkil edir”.
Putin qeyd edib ki, vaxtı gələndə Rusiya Ukraynanın qanuni hakimiyyət orqanları ilə hər cür sənəd imzalamalı olacaq.
Günel Məlikzadə