Putin: ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir
    • 28-07-2023, 16:21
    • 273

Putin: ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir

“Ukrayna böhranının həlli üçün danışıqlar önəmlidir. Münaqişə ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdid yaratması ilə bağlıdır və onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizlik məsələlərində danışıqlar aparmaqdan imtina edirlər. Ukrayna rejimi də danışıqlardan imtina edir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində Afrika ölkələrinin liderlərinin bir araya gəldiyi toplantıda çıxış edərkən danışıb. 

Putin qeyd edib ki, Rusiyanın təhlükəsizliyinə təhdidlər yarandığı üçün Ukrayna müharibəsi davam edir.