-
- 17-05-2024, 23:59
- 510
Piylənmə nisbəti artdı
Türkiyə Sağlamlıq Araşdırmasının nəticələrinə görə, boy və çəki dəyərlərindən istifadə edərək hesablanan bədən kütləsi indeksi araşdırıldığında, gənc əhalinin piylənmə nisbəti 2019-cu ildə 4,6 % ikən, 2022-ci ildə bu nisbət 5 % olub.
News24.az xəbər verir ki, gənc əhalinin piylənmə nisbəti cinslərə görə araşdırıldığında, sözügedən nisbət gənc kişilər üçün 2019-cu ildəki 4,8 faizdən 2022-ci ildə 5,3 faizə, eyni dövrdə gənc qadınlar üçün isə 4,5 faizdən 4,6 faizə yüksəlib.
Digər tərəfdən, 2019-cu ildə gənc əhali içərisində normal çəkiyə malik insanların nisbəti 64,3 faiz olduğu halda, 2022-ci ildə bu nisbət 65,6 faiz olub.
Gənc əhalinin normal çəkisi cinslərə görə araşdırıldığında 2019-cu ildə gənc kişilər üçün 64,3 faiz olduğu halda, bu nisbət 2022-ci ildə 66,0 faiz, gənc qadınlar üçün 2019-cu ildə 64,3 faiz, 2022-ci ildə isə 65,3 faiz təşkil edib.
Günel Məlikzadə