Azərbaycanda gənc yaşda ana olan qadınların sayı AÇIQLANDI
    • 28-09-2022, 13:00
    • 399

Azərbaycanda gənc yaşda ana olan qadınların sayı AÇIQLANDI

Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

Qeyd olunub ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Həmçinin gənclərin 47,5 faizini qadınlar təşkil edir.

Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb. Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib.

İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.