Hüseyn Həsənova lüks avtomobil hədiyyə edildi - FOTO/VİDEO
    • 18-05-2024, 22:24
    • 1 605

Hüseyn Həsənova lüks avtomobil hədiyyə edildi - FOTO/VİDEO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənova gözlənilməz sürpriz olunub.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, hazırda Bakıda olan Hüseynə ad günü ərəfəsində (yaxın günlərdə 30 yaşına qədəm qoyacaq - red.) qara rəngdə lüks "Mercedes" markalı avtomobil hədiyyə olunub.

Bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat yayıb. 

Hüseynə bu məlumatı onun dostu çatdırıb. Belə ki, Nardarandakı evinin qarajına enən bloger böyük qırmızı bantla bağlanmış, üzərində "Hüseyn Həsənov üçün hədiyyə" yazılı avtomobil görüb. 

Gözlərinə inanmayan Həsənov əvvəlcə bunun zarafat olduğunu, lakin daha sonra həqiqətən də avtomobilin ona kimliyi bəlli olmayan şəxs tərəfindən hədiyyə olduğunu öyrənib.

Hüseyn həmin avtomobil ilə yaxın dəqiqələrdə gəzintiyə çıxacağını bildirib.

Sözügedən video görüntüləri təqdim edirik: