"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir
    • 18-05-2024, 22:48
    • 328

"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir

Çempionlar Liqasının finalçısı Dortmund "Borussiya"sı artıq çəkiyə görə alman oyunçu Niklas Suleni satmaq istəyib.

News24.az Lent.az-a istinadla bildirir ki, qeyri-rəsmi məlumatlara görə, futbolçunun hazırkı çəkisi təxminən 100 kiloqramdır. "Borussiya" rəhbərliyi almaniyalını klubda yalnız ciddi pəhriz saxlaması şərti ilə saxlamağa hazırdır.

Sulenin "Borussiya" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müqaviləyə əsasən, 28 yaşlı müdafiəçi ildə 11 milyon avro qazanır. O, "Bavariya"dan Dortmund klubuna keçib və burada da artıq çəkiyə görə narazılıqla üzləşib.