DƏHŞƏT! Gənc qız FACİƏVİ şəkildə öldü - Müəmmalı hadisə - FOTO
    • 18-05-2024, 20:25
    • 2 126

DƏHŞƏT! Gənc qız FACİƏVİ şəkildə öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib.

News24.az Milli.az-a istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb.

Hadisə ilə bağlı saxlanılan tibb bacısının həkim dostu tibb bacısının yatmaq üçün özünə keyidici vurduğunu iddia edib.

Lakin tibb bacısına vurulan dərmanın şüşəsi həmin xəstəxanada işləyən digər həkimin cibində tapılıb.

İfadəsindən sonra saxlanılan həkim etirazdan sonra məhkəmə nəzarəti şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.