Anesteziya altında olan xəstəyə təcavüz etdi
    • 6-04-2024, 21:40
    • 375

Anesteziya altında olan xəstəyə təcavüz etdi

İstanbulun özəl xəstəxanalardan birində plastik əməliyyat etdirən qadın həkimi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirərək polisə müraciət edib.

News24.az xəbər verir ki, 30 yaşlı əcnəbi vətəndaşının əməliyyatdan sonra dinləmək üçün aparıldığı otağa daxil olan həkim, tibb bacısını çıxararaq gənc qadına sataşmağa başlayıb.

Xəstə narkozun təsirindən müqavimət göstərə bilməsə də, baş verənlərə şahid olan tibb bacısı dərhal polisə müraciət edib.

Xəbər üzərinə polis qrupları həkimi nəzarətə götürüb.

Şübhəli həkim ittihamları rədd edib, polis bölməsində ifadə verməyib və məhkəməyə sövq edilib.

Prokurorluğa aparılan zərərçəkmiş və tibb bacısının ifadələri əsasında həkimin həbsinə qərar verilib.

Günel Məlikzadə