Ağsuda asfalt çökdü
    • 19-05-2024, 16:45
    • 230

Ağsuda asfalt çökdü


Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

News24.az Report-a istinadən xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.