-
- 27-08-2023, 14:42
- 171
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bu hissəsi ÇÖKÜB
Yağan yağış suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsinin 194+500-cü km hissəsinə yol təsərrüfatına zərər dəyib. Yağış sularının səviyyəsi yüksək olduğundan avtomobil yolunun hərəkət hissəsindən keçərək, həmin adıçəkilən kilometrdə avtomobil yolunun çökməsinə səbəb olub.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mühəndisi Həsən Məmmədli məlumat verib.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün alt hissəsi yuyularaq, yolun örtüyünün çökməsinə səbəb olub. Axşam saatlarında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol müvəqqəti ilə bağlanıb, bu gün səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları vasitəsi ilə hərəkətin bərpa olmaq məqsədi ilə təmir işlərinə start verilib.
Hazırda birtərəfli sağ hərəkət istiqamətində nəqliyyat vasitələri buraxılır. İşlər yekunlaşdırılandan sonra yaxın zamanlarda hər iki istiqamətdə hərəkət bərpa olunacaq.