-
- 20-05-2024, 08:52
- 2 460
İran prezidenti vəfat etdi: Xameneidən açıqlama
Azərbaycandan havaya qalxan helikopterdə İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Təbriz Cümə İmamı Ayətullah Əli Haşim və Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti olub. Helikopter Şərqi Azərbaycan vilayətində dağlıq əraziyə düşüb.
News24.az xəbər verir ki, İran rəsmiləri helikopterdə olan baş nazir və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın öldüyünü açıqlayıb.
İranın tələbi ilə Türkiyə axtarış əməliyyatları üçün Akıncı TİHA və gecə görmə qabiliyyətinə malik Cougar tipli helikopter göndərib. Akıncı TİHA dağlıq bölgədə missiyasına başladıqdan sonra vertolyotun qalıqları olduğu düşünülən istilik mənbəyi aşkar edib.
Bu bölgənin koordinatları İran hakimiyyətinə göndərilib. İran administrasiyası bölgəyə onlarla axtarış qrupu göndərib.
Komandalar çətin hava və coğrafi şərait səbəbindən helikopter qalıqlarına çatmaqda çətinlik çəkib.
Səlahiyyətlilər helikopterin qalıqlarının tamamilə yandığını aşkar ediblər.
İran rəsmiləri baş nazir və xarici işlər naziri Abdullahiyanın helikopter qəzasında həlak olduğunu açıqlayıb.
Rəis və onu müşayiət edən nümayəndə heyəti Azərbaycanda iştirak etdikləri bəndin açılışından qayıdırdılar.
Qeyd edək ki, Xamenei açıqlamasında “İran xalqı narahat olmasın, ölkənin işlərində heç bir pozulma olmayacaq” deyib.
Günel Məlikzadə