Çempionlar Liqasında ikinci finalçı kim olacaq? - YENİLƏNİR
    • 8-05-2019, 15:38
    • 798

Çempionlar Liqasında ikinci finalçı kim olacaq? - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında ikinci yarımfinal matçının cavab görüşü keçiriləcək. News24.az saytının məlumatına görə, növbəti finalçının adına Amsterdamda aydınlıq gələcək.

Hollandiyanın paytaxtında yerli “Ayaks”la “Tottenhem” üz-üzə gələcək. İlk matçda səfərdə 1:0 hesablı qələbə qazanan meydan sahibləri doğma azarkeşləri önündə bu üstünlüyündən yararlanmağa çalışacaq.

Londonlular isə səfərdə qələbə axtarışında olacaq. Qonaqlar Harri Keyndən əlini çoxdan üzübsə, Son Xın Minin oynayacaq olması ümidverici detaldır.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunu)

23:00. “Ayaks” – “Tottenhem”

Baş hakim: Feliks Brix (Almaniya). “Yohan Kroyf Arena” (Amsterdam)

İlk oyun – 1:0