Mərkəzi Bankda yeni təyinat – FOTO
    • 20-05-2024, 14:55
    • 286

Mərkəzi Bankda yeni təyinat – FOTO

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.

News24.az banker.az-a istinadən xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda alıb. Həmçinin 2012-ci ildə Çexiyanın Çarlz Universitetində “Mühasibatlıq və qiymətləndirmə” kursunu bitirib.

2013-2014-cü illərdə Dövlət Proqramı çərçivəsində “Queen Mary” London Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

2016-2017-ci illərdə ABŞ-də yerləşən Qlobal Risk Peşəkarları Assosiasiyasının (GARP) “Maliyyə risklərinin idarə edilməsi” proqramını bitirib və beynəlxalq FRM sertifikatını alaraq bu assosiasiyaya üzvlük haqqı əldə edib.

2012-2013-cü illərdə “Hyatt Hotels Corporation”da auditor, 2014-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Risklərin idarə edilməsi departamentində baş mütəxəssis, 2018-2022-ci illərdə “PAŞA Bank” ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə “AccessBank”da Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində çalışmışdır.

Məhəmməd Məhərrəmli 2023-cü ildən Mərkəzi Bankda çalışır.