Transfer rekordu yenilənə bilər: 280 milyonluq təklif
    • 8-05-2019, 15:41
    • 876

Transfer rekordu yenilənə bilər: 280 milyonluq təklif

"Real" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməkdə israrlıdı. News24.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" növbəti dəfə fransızların qapısını döyüb.

Madrid təmsilçisi bu keçid müqabilində parislilərə 280 milyon avro təklif edib. PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 20 yaşlı forvardı Zinəddin Zidan bu yay ixtiyarında görməkdə qərarlıdı. Fransa çempionu da maliyyə feyr-pley problemini həll etmək üçün bu təklifi müsbət cavablandıra bilər. Keçid reallaşarsa, Mbappe dünyanın ən bahalı transferinə çevriləcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 41 oyunda 36 qol, 17 assistlə yadda qalıb.