-
- 20-05-2024, 22:26
- 337
Türkiyə Rəisiyə görə matəm elan etdi
Türkiyədə İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar birgünlük matəm elan edilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.//axar