-
- 20-05-2024, 21:28
- 1 332
ŞOK!! "Helikopterdəki siqnal sistemi sönmüşdü..." - YENİ MƏLUMAT
İran Türkiyənin dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığı ərazi daxilində olan ölkədir. Bu səbəbdən də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
"Helikopterin siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə qənaətə gəldik ki, helikopterdəki siqnal sistemi ya sönmüşdü, ya da yox idi", - nazir bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.