-
- 20-05-2024, 13:52
- 17 372
SON DƏQİQƏ! Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi - FOTO
Bu gün səhər saatlarında təhlükəsizlik məmurları Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlik kəndi) şəhərində yaşayan Əkbər Yusifinin evinə hücum edərək, azərbaycanlı ictimai fəalı həbs ediblər.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı fəal İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı İnstaqramda paylaşım etdiyinə görə həbs edilib. O, Məlikan şəhərinin təhlükəsizlik təcridxanasına aparılıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.