Masallıda DƏHŞƏT: Həmkəndlisini bıçaqladı, sonra da güllələyib öldürdü
    • 20-05-2024, 22:52
    • 477

Masallıda DƏHŞƏT: Həmkəndlisini bıçaqladı, sonra da güllələyib öldürdü


Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 53 yaşlı Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Seymur Alışanovun həmkəndlisi, 30 yaşlı Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib.